Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər:
- ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
- Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
- Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
- Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:
Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.

Dil bilikləri: Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməsi vacibdir.

Kompüter bilikləri:
- Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
- Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.

Əlavə bacarıqlar:
- Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
- Ünsiyyət qura bilmək bacarığı;
- Təşəbbüskarlılıq;
- Stresə davamlılıq.

Xahiş olunur ki, CV-ləri 3 iyul 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim edəsiniz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.