Kredit satışı üzrə təcrübəçi mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər:
- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
- Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
- Şirkətin daxili sistemini öyrənmək
- Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
- Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
- Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
- Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Tələblər:
- Ali təhsil
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 15 may 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.