Kredit üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
- Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitika qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:
- Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Kredit üzrə mütəxəssis - Masallı” qeyd edərək CV ilə [email protected] ünvanına müraciət edə bilərlər.
Son müraciət tarixi: 2021-10-30