Kredit Yoxlanışı Üzrə İşçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı QUBA FİLİALI üçün KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan”maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər:
- Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
- Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
- Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
- İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.

Tələblər:
- Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
- Mikro və Aqro kreditlər üzrə minimum 2 il iş təcrübəsi
- Əraziləri yaxşı tanıması
- Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
- Azərbaycan dilini səlis bilmək
- MS Office bilikləri
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Kredit Yoxlanışı Üzrə İşçi (Quba) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.