KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Əsas Öhdəliklər:
• Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
• Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
• Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
• İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.

Tələblər:
• Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
• Mikromaliyyə və ya bank sahəsində 1 il və ya daha çox iş təcrübəsi, kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
• Əraziləri yaxşı tanıması
• Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
• Azərbaycan dilini səlis bilmək
• MS Office bilikləri
• Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 12 oktyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Kredit Yoxlanışı Üzrə İşçi (Sabirabad) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.