Kredit Yoxlanışı üzrə Kiçik İşçi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizəddən gözləntilərimiz

Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində müəyyən iş təcrübəsi (mikro kreditlər üzrə minimum 3 ay iş təcrübəsi)
MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;

Dil Bilikləri:

Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Xüsusi Texniki tələblər

Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;
İş barədə məlumat:

Rol haqqında
Kredit Yoxlanışı üzrə Kiçik İşçi, birbaşa rəhbərinin dəstəyi və nəzarətilə müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı üçün cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq;
Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadə etmək imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

Müraciət linki: https://finca.az/karyera/