Kredit inzibatlaşdırılması üzrə mütəxəssis 

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Struktur: Mərdəkan filialı
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri

Vəzifə öhdəlikləri:
- Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edir, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
- Mövcud biznes prosesləri və prosedurlara uyğun olaraq rəsmiləşdirilmiş və restrukturizasiya olunmuş kreditlərin yoxlanılması və Bankın daxili əməliyyat sistemində təsdiqi (avtorizasiyası);
- Kreditin verilməsi ilə əlaqədar Bankın daxili prosedurlarına uyğun olaraq hesabların açılması;
- Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
- Bankın daxili prosedurlara əsasən kredit ödənişləri ilə bağlı bankın daxili əməliyyat sistemində silinmə əməliyyatlarının aparılması;
- Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
- Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:
- Ali təhsil;
- Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
- Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
- Ofis avadanlığından (printer, skaner və s.) istifadəsi bacarığı.

Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;

Son müraciət tarixi: 2021-05-22