Kreditlərin bərpası departamentində Yığım üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin bərpası departamentində Yığım üzrə Mütəxəssis” vakansiyasını elan edirik.

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə Yığım_mütəxəssis qeyd etməklə jobs@yelo.az ünvanına mürəciət etməyiniz xahiş olunur.


Struktur: Kreditlərin bərpası departamenti
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:
- Mövcud məlumat bazası əsasında borcu olan o müştərilərə danışıqlar aparmaq
- Ehtiyac olduğu təqdirdə borcu olan o müştərilərin yaşayış və iş yerlərinə səfər etmək
- Görülmüş işlər haqda məlumatları informasiya sisteminə daxil etmək
- Müvafiq şöbənin iş fəaliyyətinə dəstək olmaq

Tələblər:
- Bank sahəsində ən azı 2 il iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilmək
- Güclü ünsiyyət və komandada işləmək bacarığı
- Məsuliyyət və stresə davamlılıq
- Diqqətlilik, gündəlik işi yerinə yetirmək bacarığı
- Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir

Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Yığım sığortasına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv

Son müraciət tarixi: 2021-09-02