Kreditor borc üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Kreditor borc üzrə mühasibin vəzifə funksiyaları:
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurların tələblərinə uyğun emal etmək
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) imzalanmış müvafiq müqavilələrin şərtlərinə uyğunluğunu yoxlamaq
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan ilkin təsdiqedici sənədlərin olub-olmamasını yoxlamaq: malların/xidmətlərin imzalanmış və təsdiqlənmiş Təhvil-Təslim Aktları, elektron qaimə-fakturalar, YGB-ləri, mallarla bağlı nəqliyyat və sığorta sənədləri və s.
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan ilkin təsdiqedici sənədlərin qanunvericiliyin, şirkətin daxili siyasət və prosedurlarının tələblərinə uyğun rəsmiləşdirilməsinin və tərtib olunmasının yoxlanılması
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan bütün sənədlərin aidiyyatı şəxslər tərəfindən imzalanmasını yoxlamaq
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurlarla tənzimlənən zaman çərçivəsində emal olunmasını təmin etmək
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalarda (invoyslarda) göstərilən vergi, digər icbari yığım və ödəniş məbləğlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu, düzgün hesablandığını yoxlamaq və təsdiqləmək
- Yalnız bütün təsdiqedici sənədlər yığıldıdqan, təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurların tələblərinə uyğun emal prosesi tamamlandıqdan sonra müvafiq mühasibat müxabirləşmələrini işləyərək şirkətin mühasibat kitablarında kreditor borcun zamanında tanınmasını təmin etmək
- Şirkətin daxili siyasət və prosedurların tələblərinə uyğun təchizatçılarla vaxt-aşırı kreditor borcların üzləşdirilməsini təmin etmək və müvafiq aktlarla rəsmiləşdirmək
- Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalarda (invoyslarda) gösətilrən ödəmə şərtlərinin Azərbaycan Respublikası Mərkəzi Bankının, daxili siyasət və prosedurların tələblərinə uyğun olub-olmamasını yoxlamaq
- Kreditor borc üzə tələb olunan bütün hesabatları zamanında hazırlamaq və baş mühasibə təqdim etmək
- Təchizatçılarla imzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi qanunvericiliyinin, Mərkəzi Bankın, daxili siyasət və prosedurların tələblərinə uyğun hazırlanmasını yoxlamaq və təsdiqləmək

Tələblər:
- Ən azı 5 il mühasibatlıqda iş təcrübəsi
- Ali təhsil/ən azı bakalavr dərəcəsi (iqtisadiyyat profilli təhsili olanlara üstünlük verilir)
- BMHS (IFRS) mühasibat kurslarını keçmiş namizədlərə üstünlük verilə bilər
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilə bilər
- 1C: Mühasibat proqram təminatlarının istifadəçilərinə üstünlük verilə bilər

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Kreditor borc üzrə mühasib” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-09-05