Layihə Koordinatoru

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş təsviri:
- Layihə planlarının, müddətlərinin, iş saatları, büdcə və xərclərin icrası və izlənməsi;
- Layihə icralarının və icra müddətlərinin sənədləşdirilməsi və nəzarətin təmin edilməsi;
- Lazım olan təqdimat materiallarının hazırlanması;
- Layihədə iştirak edən müxtəlif biznes vahidləri arasında işin koordinasiya və idarə edilməsi;
- Rəhbərliyə hazırlanan hesabatların hazırlanma prosesinə dəstək verilməsi, yeni imkanlar, layihələrin/investisiyaların digər aspektləri barədə məlumatların təqdimi;
- Şirkətin missiyası, vizyonuna uyğun olaraq daxili və xarici tədqiqatların aparılması və yeniliklərin təqdimi;
- Verilmiş tapşırıqlara uyğun olaraq tələb olunan cari təhlillərin aparılması;
- Departamentin digər gündəlik fəaliyyəti ilə bağlı dəstək;
- Ezamiyyətlər.

Tələblər:
- Müvafiq sahədə bakalavr və ya magistr təhsili;
- Layihə idarəetməsi və bənzər sahədə təcrübəsi olanlara üstünlük verilir;
- Mürəkkəb və uzun müddətli layihələr üzrə təcrübə;
- Analitik düşüncə, iqtisadiyyat və kənd təsərrüfatları üzrə minimum anlayışlar;
- Azərbaycan və ingilis-dili bilikləri, Rus-dili əlavə üstünlükdür.
- Əla səviyyədə münasibət, ünsiyyət və tədqiqat qabiliyyəti;

Maraqlanan namizədlər öz CV-lərini başlıqda “layihə” qeyd etməklə hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.

Son müraciət tarixi 17 avqust 2021-ci ildir.