Layihə koordinatoru

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

EKVITA Layihə Koordinatoru vəzifəsinə müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olan namizəd axtarır.

Vəzifə və Öhdəliklər:
- Layihələrin planlaşdırılması sessiyalarına rəhbərlik etmək.
- Layihə üzrə ekspertlərin koordinasiyası.
- Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq.
- Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək.
- İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər:
- Bakalavr və ya daha yüksək dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimaiyyətin idarə olunması ixtisaslarına üstünlük verilir)
- Azərbaycan dilindən peşəkar səviyyədə istifadə etmək və rəsmi dil normalarına (fonetik normalar, leksik qaydalar, qrammatika) riayət etmək bacarığı
- İngilis dilini mükəmməl səviyyədə bilmə və ən azı bir əlavə xarici dildə danışıq qabiliyyəti (rus, alman və s.)
- Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel, Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı
- Güclü inandırma və təqdim etmə bacarığı
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı
- Effektiv komandada işləməyi bacarmaq
- Vaxtı düzgün və səmərəli planlaşdırmaq və son tarixlərə riayət etmə

Maraqlanan namizədlərdən CV-lərini “Layihə Koordinatoru SEP1” başlığı altında göndərmələri xahiş olunur
Son müraciət tarixi: 2022.06.27