Layihə Rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Texniki tapşırığa əsasən layihə sənədlərinin işlənməsinə, elektrik layihələrinin hazırlanmasına, razılaşdırılmasına nəzarət;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Layihəyə uyğun qiymət cədvəlinin və smeta sənədlərinin tərtib olunması və müvafiq dövlət orqanları ilə razılaşdırılmasına nəzarət;
- Quraşdırılacaq avadanlıqların seçilməsi, təchiz olunması (vaxtında əraziyə çatdırılması) və yerində quraşdırılmasına nəzarət;
- Quraşdırma işləri başa çatmış obyektlərin istismar sənədlərinin alınmasını təmin etmək;
- Şirkət daxili proseslərə nəzarət etmək
- Şöbələr arası əlaqələr işgüzar münasibətlərin təmin edilməsi;
- Tender sənədlərinin hazırlanmasına nəzarət;
- Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
- Şirkətin işini, habelə onun struktur bölmələri və işçiləri arasında qarşılıqlı əlaqələri təşkil etmək;
- Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
- Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etmək.

Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq ixtisas üzrə minimum 3 il iş təcrübəsi;
- Güclü liderlik keyfiyyətinə sahib olmalı
- Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
- Analitik təhlil, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə sahib olmalı;
- İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;
- Ezamiyyətlərə getmək imkanına malik olmalı;
- Punktual və məsuliyyətli olmalı;
- Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması;
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı;
- Microsoft Office, Auto Cad, 3D,və s. proqramlarında işləmək bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini bu ünvana göndərə bilərlər. cv@imaenergy.az
Son müraciət tarixi: 2021-08-13