Layihə üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Layihələr üzrə menecer olaraq sizin vəzifə öhdəlikləriniz:
- Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
- Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək;
- Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq; hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlamaq;
- Layihə və təşəbbüslər barədə məlumatları və yenilikləri bütün əlaqəli şəxslərə çatdırmaq;
- Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya etmək; resursların mövcudluğunu və bölüşdürülməsini təmin etmək;
- Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunduğunu təmin etmək;
- Bütün maraqlı tərəfləri cəlb etməklə və texniki imkanları təmin etməklə layihənin əhatə dairəsi və hədəflərinin müəyyənləşdirilməsində kömək etmək;
- Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə etmək;
- Müvafiq layihə idarəedilməsi və monitorinqi vasitələrini, metodlarını müəyyən etmək və tətbiq etmək;
- Layihələrin icra hesabatları formasını müəyyən etmək, hazırlayır və mütəmadi hesabatların təqdim edilməsini təmin etmək;
- Şirkətdə layihə və prosesləri ayırd etmək;
- Lahiyələr üzrə müvafiq kommunikasiya planını hazırlamaq və icra etmək;
- Potensial və şirkətdaxili sifariş edilmiş layihələr üçün büdcə, insan resursları və s. tələbləri proqnozlaşdırmaq;
- KPİ sisteminin departamentlər və filiallar üzrə qurulmasında iştirak etmək;

Vəzifənin tələbləri:
- Ali təhsil;
- Layihələrin idarə edilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan (səlis) və Rus (səlis) dillərini bilmək;
- MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
- Layihələri idarə etmə bacarığı (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür).
- Mükəmməl ünsiyyət bacarıqları;
- Maliyyə, satınalma, logistika, hüquq prinsiplərini anlamaq
- Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək

Əlavə məlumat:
- Əmək haqqı barədə məlumat müsahibə əsasında bildirilir
- İş qrafiki:10:00-19:00
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
- Nahar şirkət tərəfindən təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pizzamizza.az elektron ünvanına, mövzu hissəsində “Layihə üzrə menecer” qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-02