Layihəçi Elektrik Mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərini LAYİHƏLƏNDİRMƏK;
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması.
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Namizədə tələblər:
- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- Layihəçi elektrik vezifesinde iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı.
- İş yeri: Bakı şəhəri.
- İş vaxtı: I-V günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər

Son müraciət tarixi: 2022.07.02