Layihələr üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Vəzifə öhdəlikləri:
- Xəritədə qeyd olunan obyektlərə baxışın keçirilməsi və növlər üzrə bölünməsi: yaşayış binaları, kommersiya obyektləri, yeni tikili binalar, dövlət qurumları binaları və s.;
- Hesabat formasına bütün məlumatların qeyd olunması: mərtəbələrin, evlərin, blokların, mənzillərin sayı və hesabı;
- Layihənin ilk qaralama sxem-kartının tərtibi;
- Layihə ərazisinin tədqiqatından sonra, məlumatları incələyərək sxem-kartaya yenidən daxil edilməsi və yekun məlumatların onlayn “Əhatə dairəsi” kartına köçürülməsi;
- Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:
- Ali/peşə/orta təhsil;
- Ən azı 6 ay iş təcrübəsi;
- Komandada işləmək bacarığı, dəqiqlik, müşahidəçilik qabiliyyəti, stressə davamlılıq;
- MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, rus dili.

İş qrafiki: Həftənin 5 günü, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: 400 AZN (net)

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Layihələr üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-05-22