Layihələrin koordinasiyası şöbəsinin rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və Öhdəliklər:
- Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq görüşlərin/təlimlərin keçirilməsi;
- Layihə iştirakçıları arasında fasilitasiya yanaşmasının tətbiqi;
- Layihələrdə baş tutmuş dəyişikliklər üzrə gündəlik hesabatları nəzərdən keçirmək və department rəhbərinə təkliflər hazırlamaq;
- Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsini təmin etmək;
- Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması;
- Təsdiq olunmuş planlaşdırma çərçivəsində gündəlik, həftəlik görüşlərin təşkili və təyin olunmuş hədəflərin təhlil olunmasına nəzarət etmək
- Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış, şirkət üçün əhəmiyyət kəsb edən digər işləri icra etmək.

BİLİKLƏR
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
- Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək;

TƏCRÜBƏ
• Layihələrin İdarəolunması sahəsində minimum 5 il iş təcrübəsi; o cümlədən minimum 2 il idarəçilik təcrübəsi

BACARIQLAR
• Güclü kommunikasıya bacarığı.
• Güclü idarəetmə və təqdimat bacarığı,
• Beynəlxalq təcrübədə qəbul edilən layihə və proses metodologiyaları üzrə biliklər.
• Problem həll etmə bacarığı.
• Təşəbbüskarlıq;
• Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
• Komandada işləmək bacarığı;

Son müraciət tarixi: 22 iyun 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.