Layihənin Baş Memarı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

• Yaş:25 - 45 yaş
• Təhsil:Ali
• İş təcrübəsi - Minimum 3 il

Vəzifələri:
- müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması;
- qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
- yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak;
- layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
- layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması.

Bilməlidir:
- tikinti norma və qaydalarını;
- tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
- işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
- tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
- layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
- layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
- layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;

Tələblər:
Əsas proqram bilikləri:
- AutoCad və ya ArchiCad
- 3Dmax
- Photoshop
- Ofis proqramları

Əsas bacarıqlar:
- Kommunikabellilik
- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Məsuliyyətlilik

İş günləri: 1-5-ci günlər, saat 9.00-dan 18.00-dək
İstirahət günləri: şənbə, bazar günləri

Namizədlərdən CV ilə birlikdə portfolionun əlavə edilməsi də tələb olunur.
E-mail: hr@bdli.az

Son müraciət tarixi: 2021-11-03