Lizinq satışı departamentinin rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Yerli lizinq bazarının araşdırılması, yeni lizinq məhsullarının hazırlanması və mövcud məhsulların inkişafı;
- Mövcüd partnyorlarla əlaqələrin genişləndirilməsi və yeni partnyorlarla əlaqələrin qurulması;
- Potensial müştərilərin cəlb edilməsi, marketinq (digital, direct və s.) planı və həyata keçirilməsi;
- Mövcud lizinq layihələrinin vaxtında və yüksək keyfiyyətli reallaşdırılması;
- Lizinq portfelinin keyfiyyətinə nəzarət edilməsi;
- Tabeçiliyində olan satış işçilərinin işinə nəzarət, motivasiya modelinin təkmilləşdirilməsi və yüksək “komanda ruhu”-nun yaradılması;
- Satış əməkdaşları tərəfindən hazırlanan müştərilərin maliyyə təhlilinin və lizinq layihəsinin (memorandumun) yoxlanılması və - Kredit Komitəsinə təqdim edilməsi;
- Lizinq satışına dair hesabatların İdarə Heyətinə hazırlanıb təqdim edilməsi

Tələblər:
- Cinsi - Kişi
- Təhsil- Ali (iqtisadi təhsilə üstünlük verilir)
- Yaş həddi- 25-40
- Lizinq və yaxud bank sahəsində analoji satış və ya kredit sahəsində iş təcrübəsi;
- Yüksək riyazi bilik və analitik bacarıq;
- Müştərilərlə, partnyorlarla və əməkdaşlarla yüksək ünsiyyət qurma bacarığı, liderlik keyfiyyəti;
- Gərgin işləmək, sərbəst və müstəqil qərar vermək bacarığı;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
- Məsuliyyətli və dəqiq olmaq;
- “B” kateqoriyaya aid sürücülük vəsiqəsi;
- Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlar;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 21.10.2021-ci il tarixə kimi [email protected] elektron ünvanına göndərə bilərlər.