Logistik operator

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:
- Beynəlxalq daşınma;
- Gömrüklə bağlı sənədləşmə işləri;
- Yüklərin anbarlarda saxlanılması;
- Malların çatdırılmaya hazırlığı və çatdırılması;
- Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.

Vəzifənin öhdəlikləri
- Ölkə daxili çatdırılma sənədlərinin təqibi və bu fəaliyyət üzrə mövcud hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
- Daxili çatdırma sənədlərinin arxivləşdirilməsinin təmin olunması
- Günlük hesabatların hazırlanması və müştərilərə təqdim edilməsi

Şərtlər
- Əmək haqqı: Namizədə uyğun olaraq 400 AZN-dən başlayaraq
- İş qrafiki: Həftə içi 9:00 – 18:00, İstirahət günü - Şənbə, Bazar
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Şirkət nömrəsi ilə təmin olunma

Namizədə tələblər
- Ali təhsil
- Ünsiyyət bacarıqları
- Yaş limiti: 20-28 yaş
- Kollektivdə işləmə bacarığı
- MC Office proqramları ilə işləmə bacarığı (xüsusi ilə Excel bilikləri)
- Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.
Son müraciət tarixi: 2021-06-30