Logistika rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Anbar, təchizat və logistika işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili və idarə olunması;
- Ölkə xaricindən alınan materialların daşınmasının və anbara təhvil olunması ilə bağlı bütün əməliyyatlara həyata keçirilməsini təşkil etmək
- Avtomatlaşdırılmış anbar proseslərinə nəzarət olunması;
- Anbar üzrə daxil olmaların/çıxarılmaların idarə olunması və daim nəzarətdə saxlanılması;
- Logistika xərclərinin maksimum azaldılması üçün tədbirlərin görülməsi;
- Logistika və anbar proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflərin irəli sürülməsi;
- Logistika ilə bağlı sənədləşmələrin aparılması və təkmilləşdirilməsi;
- Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması;
- Aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən aidiyyatı şöbə ilə bağlı verilən digər işlər.

Namizədə tələblər:
- Ali təhsil (İqtisad, logistika və təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür);
- Logistika sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
- MS Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı.

İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Bakı şəh., Nərimanov rayonu.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Logistika rəhbəri” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-11-10