Logistika üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Əmək haqqı: NETT 800 AZN-dən başlayaraq (Namizədin bilik və təcrübəsindən aslı olaraq dəyişir)
İş qrafiki : Həftədə 5 gün Nahar şirkət tərəfindən təmin olunur;

İş barədə məlumat
- Marşruta uyğun informasiyanın tam yığılması;
- Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
- Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
- Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq;
- Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
- Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
- Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
- Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir;
- Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir;
- Ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;

Bilməlidir:
- Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
- Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
- Vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
- Rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;

Namizədə tələblər
- Təhsil dərəcəsi: Bakalavr (Logistika istiqaməti üzrə üstünlük)
- Təcrübə: Ümumi ən az 2 il , sahə üzrə ən az 1 il,
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
- Kompüter proqramları: MS Office

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-09-04