Mağaza Adminstratoru

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Mağazaya təyin edilən hədəfə çatmaq;
- Mağaza əməkdaşlarına satış təlimlərinin keçirmək;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;

Namizədə Tələblər:
- Dil bilikləri: Rus dili-əla;
- Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
- Analitik düşüncə qabiliyyəti;
- Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 3 il iş təcrübəsi mütləqdir;
- Satış texnikası, idarəçilik qabiliyyəti;
- 35-45 yaş arası xanımlar;

Şirkət təklif edir:
- İş rejimi : Həftədə 6 gün (növbəli)
- Əmək haqqı : 600 AZN + əlavə bonus
- Rəsmi qeydiyyat

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Son müraciət tarixi: 2021-07-07