Mağaza meneceri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:
- Satış göstəriciləri və məhsul qalığının əsasında satınalma büdcəsini formalaşdırır
- Satış üçün məhsulları sifariş edir
- Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya xarakterli malları sifariş edir
- Satış təmsilçilərinə aylıq satış hədəflərini təyin edir
- Ümumi satış hədəfi tələblərini yerinə yetirir
- Mağaza işçilərini işə götürür
- İşçi heyətinə müvafiq “Satış Texnikası”, “Müştəri Xidmətləri” təlimlərini verir
- Yeni kolleksiyalar haqda mağaza heyətini tanış edir
- VİP satışları həyata keçirir
- Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir
- Mağazalarda müştəri xidməti tələblərinə riayət edir
- İşçilərin iş qrafiklərini hazırlayır və davamiyyəti müvafiq olaraq idarə edir
- İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil edir
- Autsors işlərini təşkil (dərzi,kimyəvi təmizləmə işləri və s.) edir
- Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və talama halları barədə rəhbərinə məlumat verir
- Mağazadakı nasazlıqları aşkar edir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görür
- Mağazada sanitariya-gigiyena, təhlükəsizlik və intizam qaydalarına riayət edir və pozuntular barədə rəhbərliyi məlumatlandırır

Əsas tələblər:
Təhsil:
- Ali təhsil arzu olunandır

Təcrübə:
- Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2 il təcrübə
- Sifariş etmə təcrübəsi
- Müsahibə aparmaq təcrübəsi
- Bonus sistemi ilə işləmə təcrübəsi

Professional biliklər:
- Müştəri Xidmətləri
- Satış Texnikası
- Merçendayzinq qaydaları
- Şirkətin daxili idarə etmə proseduru
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramlarını mükəmməl bilmək

Professional bacarıqlar və kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış bacarıqları
- Müsahibə aparmaq bacarığı
- Təlim keçmə bacarığı
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-10