MAĞAZA MÜDİRİ

Şirkət haqqında
Əmək haqqı
800-1200

İş haqqında

Şirkət haqqında:

- 2008-ci ildə əsası qoyulmuş "Superfon" şirkətinin fəaliyyət istiqaməti mobil telefon, aksesuar, ehtiyat hissələri və məişət əşyalarının Azərbaycanın əksər şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsidir
- Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik

Təminatlar:

- Karyera yüksəlişi imkanı
- Korporativ mobil nömrə
- Bonus sistemi
- Təlimlər
- Əmək məzuniyyəti
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə

Namizədə tələblər
Vəzifə Öhdəlikləri:

- Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi
- Tabeçiliyindəki komandanı idarə etmək, peşəkar cəhətdən yetişdirmək və motivasiyada saxlamaq
- Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq
- Mağazada məhsul qalığına nəzarət edilməsi
- Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək
- Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək

Tələblər:

- Orta ixtisas və Ali təhsil arzualonandır
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən çox
- İdarəetmə bacarığı
- Dinamiklik, diqqətcil və analiz etmək bacarıqlarının olması
- İşgüzar davranış etikası olmalı
- Outlook, MS Office, proqramları biliyi
- Komanda ilə işləmək bacarığı
- Dil biliyi-Azərbaycan dili (Əla), xarici dil biliyi üstünlükdür
- İstirahət günləri: Həftə ərzində 1 gün

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Mağaza müdiri(Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar