Mal-material üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda ERP proqramında əks etdirilməsini təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunmasını və təqdim edilməsini təmin etmək;
- Mal-material qiymətlərinin və əsas vəsaitlərin mütəmadi inventarizasiya işlərini aparmaq üçün təşkil edilmiş inventarizasiya komissiyasına Mal-material qiymətlərinin və əsas vəsaitlərin siyahısını özündə əks etdirən uçot cədvəllərini təqdim etmək;
- Material anbarı və maddi məsul şəxslərin anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və sistemə işlənilməsinin icra edilməsi;
- Cari ay başa çatdıqdan sonra anbar və maddi məsul şəxslərin material hesabatlarının qəbul edilməsi və ERP proqramına işlənilməsini təmin etmək;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi;
- MS Office və 1C proqramlarından istifadə etmək bacarığı;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:
- İş qrafiki: Həftənin 6 günü
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mal-material üzrə mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.13