Maliyyə analitiki

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İşin təsviri:
- Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
- Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
- Investisiya əməliyyatlarının monitorinqində iştirak etmək;
- Daxili və xarici müştərilər ilə təmasda olmaq və biznes əlaqələrini qoruyub saxlamaq;
- İnvestisiya memorandumlarının hazırlanmasında kömək etmək;
- Mövcud və potensial investisiyalara dair prezentasiyaların hazırlanması;
- Bizneslərin və şirkətlərin qiymətləndirilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə/Biznesın idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
- CFA Səviyyə 1 sertifikatı üstünlükdür;
- Minimum 4 il peşəkar təcrübə;
- Maliyyə hesabatların təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
- Analitik və strateji baxış bacarıqları
- Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqda ekspert bilikləri;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
- Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətinin təhlilin (“due diligence”) aparılması bacarığı;
- Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
- Ofis proqramlarının (Excel, PowerPoint, Word)

Əlavə məlumatlar:
İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küç. Sea Breeze Resort.
Nahar, mobil danışıqlar və Koroğlu metrostansiyasından nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər [email protected] mail ünvanına CV formalarını göndərə bilərlər.

Son müraciət tarixi: 2021-10-17