Maliyyə auiditi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Ali təhsil (audit, maliyyə və iqtisadiyyat sahəsi üzrə);
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Səlis Azərbaycan dili , Rus dili və İngilis dili bilikləri əlavə üstünlükdür;
- İrəli səviyyədə MS Office bilikləri;
- Maliyyə və mühasibat uçotu hesabatlarının hazırlanmasının bilinməsi.
- İqtisadiyyatın ,əməyin, istehsalın və idarəetmənin təşkilinin əsaslarını bilinməsi
- Daxili audit yoxlamalarının aparılması qaydalarının bilinməsi.

QEYD: CIMA / ACCA-F8 kimi beynəlxalq sertifikatlar əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri:
- Müəssisədəki maliyyə işlərinin auditinin həyata keçirilməsi.;
- Maliyyə resurslarının düzgün planlaşdırılması və icrası, o cümlədən uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi.
- Audit zamanı sahə işlərinin aparılması, auditin nəticələri, verilmiş tövsiyələr eləcə də, onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi
- Mühasibatlıq sənədlərinin və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması.
- Daxili nəzarət və əməliyyat prosedurlarının tətbiqi vəziyyətinin yoxlanılması.
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icrası və ya idarə edilməsi;

İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə auiditi” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-07-23