Maliyyə hesabatları üzrə baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və Öhdəliklər:
- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra etmək;
- Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
- Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;
- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
- Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;
- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqlarının məxfiliyinin lazımi səviyyəsinin qorunması;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi.

Bilik və bacarıqlar:
- Maliyyə istiqamətində ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyədə olması arzu olunandır;
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
- Peşəkar sertifikasiyanın mövcudluğu arzuolunandır;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV mehri.mammadova@srgroupco.com elektron ünvana təqdim edə bilərlər.
Son müraciət tarixi: 2021-06-05