Maliyyə hesabatlığı üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Yaş həddi:28-40

Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3 illik analoji iş təcrübəsi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;

Vəzifə təlimatı:
- Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
- Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
- Aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
- Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını mövzu yerində “Maliyyə hesabatlığı üzrə Mütəxəssis” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 11 dekabr 2021