Maliyyə Meneceri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Maliyyə Meneceri

Vəzifə öhdəlikləri:
- Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
- Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət
- Cəmiyyəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləhətçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir
- Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir
- Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir , Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil edir və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar verir;
- Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil edir, şirkətin ödəmə qabiliyyətinin və likvidliyinin təmin edir
- Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmamış maddi-texniki ehtiyatların əmələ gəlməsinin və ləğv edilməsinin qarşısının alınmasına, istehsalın gəlirliliyinin artırılmasına, mənfəətin artırılmasına, məhsulların (malların) istehsalı və satış maya dəyərinin azaldılmasına, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir
- Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlığını təmin edir
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirir
- Müəssisə dirеktоrunа və üçüncü şəхslərə (dirекtоrlаr şurаsınа, invеstоrlаrа, кrеditоrlаrа) idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı

Tələblər:
- Təhsil : Ali ( Maliyyə və Biznes İdarəçiliyi)
- Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il
- Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
- Sertifikatlar: ACCA və CFA və əlaqədar sertifikatlar
- İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı , BTP və Elektron hökümət portalı

Texniki Bacarıqlar:
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
- Risklərin idarə edilməsi üzrə biliklər
- Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər

Səriştəlik:
- Açıq fikirli,məqsədyönlü və nəticəyə meyillilik bacarığı
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Analitik düşüncə və proqnoz etmə bacarığı, detallara fokuslanma
- Liderlik və Təşkilatçılıq
- Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə ,
- Yeniliklərə açıq olma, insiativ alma qabiliyyəti
- Prinsip və Dəyərlərə sadiqlik
- Operativlik və İcra etmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Maliyyə Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-04-14