İş haqqında
Günlük əsasda işlənən əməliyyatlarının yoxlanılması, müvafiq məlumatlarla üzləşdirilməsi,
Ay bağlanılması prosesində anbar, satış, alış, və digər əməliyyatların sistemə düzgün işlənilməsinin yoxlanılması,
1C ERP proqram təminatında əməliyyatlarının optimallaşdırılması və ay bağlanışı prosesinə nəzarət,
Şirkət rəhbərliyinə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanması,
Debitor və kreditor borcların yaşlandırılması hesabatının hazırlanması (gündəlik, aylıq),
Müvafiq ehtiyatların hesablanması (istifadə edilməmiş məzuniyyət, debitor borcları üzrə ehtiyat, vaxtı keçmiş mal-material və s.),
Rəhbərlik və Qrup səviyyəsində aylıq, rüblük və illik maliyyə, satış və istehsal yönümlü hesabatların hazırlanması,
İllik MHBS hesabatının və qeydlərin hazırlanması və kənar auditorların sorğularının cavablandırılması,
Daxili audit, bank və digər orqanların sorğularının kordinasiya edilməsi,
Müəssisəsinin illik büdcə proqnozlaşdırılması, hesabatların hazırlanması və aylıq müqayisəli analizlərin aparılması,
Qrup-daxili şirkətlərlə üzləşmələrin həyata keçirilməsi, debitor və kreditorlarla aparılan üzləşmə proseslərin gedişatı barədə həftəlik məlumat hazırlanması,
Maliyyə şöbəsinin fəaliyyətində tətbiq olunan qayda və prosedurların hazırlanmasında iştirak,
Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması.
Tələblər:
Maliyyə və ya Mühasibat uçotu üzrə ali təhsil,
Müvafiq sahədə minimum 3 illik təcrübə,
ACCA MA (F5) və FA (F7) imtahanlarını verməli,
1C ERP proqramında iş təcrübəsi,
Microsoft Ofis proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə),
Operativ, problemlərin həllinə yönümlü və stresə davamlı.
İş yeri: Abşeron r., Xirdalan şəhəri, Şamaxi Şossesi “Abşeron Taxıl” MMC-nin ofisi
Əmək haqqı:Müsahibə əsasında təyin ediləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “maliyyə nəzarətçisi” qeyd olunmaqla, göndərə bilərlər.