Maliyyə şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
3000-3500

İş haqqında

- Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsinin təşkili;
- Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasının təmin edilməsi;
- Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək;
- Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi;
- Bütün satış və satınalma xərclərinin təsdiq edilməsi;
- Şirкətin fəаliyyət хərclərinin аnаliz edilməsi, хərclərin аzаldılmаsı yоllаrının аrаşdırılması və еffекtivliyin artırılması istiqamətində təkliflər hazırlanması;
- Büdcə icrasının monitorinqi və təhlil edilməsi;
- Cəmiyyətin maliyyə risklərinin təhlil edilməsi və qiymətləndirilməsi, onları minimuma endirmək üçün tədbirlər planını hazırlaması,mütamadi olaraq müvafiq hesabatlar hazırlayıb rəhbərliyə təqdim edilməsi;
- Şirkətin inkişafına yönəldilən strategiyanı dəstəkləyəcək maliyyə proqnozlarının hazırlanmasında iştirak edilməsi;
- Daxili və xarici auditin aparıldığı zamanlarda lazımi dəstəyin verilməsi;
- Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edilməsi;
- Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırılması.

Namizədə tələblər:
- Bəy namizəd, yaş həddi 35-50 yaş.
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib və ya müvafiq vəzifə üzrə tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür);
- MS Office, 1 C 8.3 mükəmməl səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

İş şəraiti:
- İş rejimi: 6 günlük, saat 09:00-dan 18:00-dək, şənbə qısa iş günü;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı – 3000 - 3500 AZN.

Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “Maliyyə şöbəsinin müdiri” qeyd etməklə CV (yalnız azərbaycan dilində) göndərə bilərlər.
Son müraciət tarixi: 2022.02.06