Maliyyə və mühasibatlıq departamentin rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və sərəncamları, təsdiq etdiyi daxili təlimatları, qanuni göstəriş və tapşırıqlarını rəhbər tutur.
- Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
- Мaliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mehasibatlıq və idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir;
- Şirkəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləkçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında - - - - Şirkətin maraqlarını təmsil edir.
- Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir.
- Şirkətin təsərrüfat fəaliyyətini iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir və məsrəflərin minimallaşdırılması məqsədilə onları idarə edir.
- Şirkətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir və ehtiyatların həyata keçirir.
- Tabeçiliyində olan kadrların qəbulunda iştirak edir, onların öyrədilması və peşakar yerləşdirilməsi proqramlarını koordinasiya edir.
- Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlamaq.
- Maliyyə sistemini daim yeniləmək və yeniliklrə uyğunlaşdırmaq
- Aylıq və gündəlik daxili hesabatların hazırlanması
- Portfelin analizin aparılması
- Daxili maliyyə auditinin aparılması
- Yeni proqram təminatlarının implementasiyası
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi
- İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilmiş digər tapşırıqlar
- Müstəqil auditorlara işi əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək.
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin düzünə qurulmasına və Maliyyə departamentinin işinə görə Şirkətin rəhbərliyi qarşısında şəxsən məsuliyyət daşıyır.

Bacarıqlar:
- Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti.

Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə 5 ildən az olmayan iş təcrübəsi,
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli, Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Əmək haqqı: razılıq yolu ilə
- İş yeri: Bakı şəh
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Maliyyə rəhbəri” qeyd edərək CV-lərini göndərsinlər.
Son müraciət tarixi: 2021.12.15