Maliyyəçi-Analitik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr və magistr dərəcəsi;
- Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
- Minimum 5 il müvafiq sahədə peşəkar təcrübə;
- Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
- Analitik və strateji baxış bacarıqları;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar;
- Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- MS Office kompüter proqramları biliyi.

İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:
- İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
- Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
- Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
- İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
- Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək

İş yerinə dair üstünlüklər (benefits):
- Korporativ tibbi sığorta
- Performansa dayanıq ekstra ödənişlər
- Şəxsi inkişaf imkanları
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şərtləri:
iş rejimi - həftədə 5 gün
iş saatları - 09.00-18.00
1 saatlıq nahar fasiləsi

Namizədləri e-mailın mövzu hissəsində “Maliyyəçi” yazmaqla öz CV-i göndərməyiniz xahiş olunur
Son müraciət tarixi: 2022.06.26