Marketing Departamentinin Rəhbəri

Şirkət haqqında
Əmək haqqı
1200-1400

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkətin Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək.
- Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək.
- Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
- Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması
- Rəqəmsal marketinqin aktivliklərinin analizi və optimizasiyası;
- Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
- Müştəri məlumatlarının toplanması CRM sisteminin qurulmasına nəzarət
- Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək.
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
- Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
- Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək
- Bölmə daxilində olan əməkdaşların idarə etmək, iş bölgüsünün aparmaq, işçilərin stimullaşdırılması və karyera inkişafı üçün rəhbərliyə müvafiq təkliflər vermək.
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək

NAMİZƏDƏ TƏLƏBLƏR:
- Dil bilikləri: Rus və İngilis dili,
- Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
- Biznes danışıqları aparmaq bacarığı;
- Müvafiq sahədə ən azı 3 il təcrübə;
- B2B, B2C, Online və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
- Uğurlu idarəetmə təcrübəsi və marketing komandasının yaradıb inkişaf etdirilməsi;
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
- Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
- Kompüter bilikləri: Microsoft Office, Outlook;

İŞ ŞƏRAİTİ
- Həftəlik 5 iş günü/Saat 09:00-dan 18:00-dək)
- Nahar təminatı
- Tibbi sığorta
- AR Əmək Məcəlləsi əsasında sənədləşmə

Müraciət qaydaları: hr@aem-elektron.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Marketinq Departamentinin Rəhbəri” yazıb CV göndərməklə müraciət edilir.
Əmək haqqı: 1200-1400 ( Müsahibə əsasında namizədin iş təcrübəsinə və müvafiq səriştələrinə uyğun daha yüksək əmək haqqı təklif oluna bilər)

Son müraciət tarixi: 2021-08-04