Marketing meneceri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
- Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi;
- Mütəmadi olaraq bazarın izlənilməsi və yeni imkanların aşkarlanması;
- Bazarın dinamikasına uyğun çevik həllərin təklif edilməsi;
- Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi;
- Görülmüş işlərin analizlərinin aparılması və hesabatların hazırlanması.

Namizədə tələblər:
- Bu sahədə minimum 3 il peşəkar təcrübə;
- Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı;
- Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır);
- Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir;
- Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri
- İşin əhatə dairəsi: Ölkə ərazisi üzrə
- İş qrafiki: 10:00-18:00 (bazar ertəsi - cümə), şənbə günü 10:00-16:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Marketing meneceri ” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
Son müraciət tarixi: 2022.08.19