Marketinq Direktor

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas tələblər:
- Yaş: 25-35
- Təhsil: Ali
- Xarici dil bilikləri: İngilis dili (yaxşı səviyyədə), Rus dili (araşdırma edə biləcək səviyyədə)
- İş təcrübəsi: Minimum 3 il (Marketinq və Biznesin İnkişafı istiqamətində)
- İdarəetmə qabiliyyətlərinin yüksək səviyyədə olması
- İş görmək fəlsəfəsinin olması və şirkətin fəlsəfəsinə uyğunlaşması
- İşində ciddi, məsuliyyətli və dəqiq olması
- Vəziyyəti düzgün qiymətləndirə bilməsi, xaotik vəziyyətlərdə doğru qərar verə bilməsi
- Kommunikasiya və fikrini əsaslandırmaq bacarıqlarının yüksək səviyyədə olması
- Stressə davamlı

Vəzifə öhdəlikləri:
- Marketinq strategiyalarının hazırlanması
- Marketinq fəaliyyəti ilə bağlı ümumi və detallı planlama
- Komandanın işinin təşkili və icraya nəzarət
- Marketinq komandasının iş bölgüsü və nəzarət
- Yeni marketinq kampaniyalarının yaradılması və icrasının təşkil olunması
- Şirkətxarici əlaqələrin qurulması və şirkətin bazarda təqdimatı işləri
- Marketinq komandası ilə şirkət rəhbərliyi arasında hesabatlılıq sisteminin qurulması
- Marketinq işindən əlavə olaraq şirkətin fəaliyyəti üçün digər işlərin və şirkətin direktorunun və İcraçı direktorun tapşırıqlarının icrası

İş qrafiki:
Bazar ertəsi - şənbə (6 günlük iş qrafiki)
Saat: 09:00-18:00

Əmək haqqı: Əmək haqqı namizədin bacarıqlarına və işə yanaşma ciddiyətinə görə qarşılıqlı şəkildə razılaşdırılacaq.
Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Marketinq Direktor” başlığından istifadə edərək öz CV və Sosial Şəbəkə hesablarının ünvanlarını [email protected] ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 2021-08-19