Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800-1200

İş haqqında

Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək;
- Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək;
- Websaytlar, sosial media, “leads generation”, küçə reklamı və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq;
- Bütün kommunikasiyaların kontentinə nəzarət etmək və lazımi hallarda yaratmaq;
- Rəqiblərin kommunikasiyasını təhlil etmək;
- Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək;
- Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
- Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Vəzifə üzrə tələb və bacarıqlar:
- Marketinq sahəsində minimum 1 və ya 2 illik təcrübə ilə yanaşı inkişaf potensialını nümayiş etdirmək;
- Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
- Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq;
- Kommunikasiya smetalarını tərtib etmək;
- Yeni trendləri mütəmadi olaraq izləmək;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dilinin bilinməsi arzuolunandır;

İş şərtləri:
- 5 günlük iş həftəsi
- Ünvan: Bakı şəh., 8 Noyabr prospekti
- Ə/h: 800 – 1200 AZN

Maraqlanan namizədlər mövzu yerində “Marketinq mütəxəssisi” yazmaqla öz CV-lərini hr@sham-fi.az ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-27