Marketinq komunikasiyaları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
- Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsinə dair müvafiq təkliflər vermək;
- Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
- Marka standartlarının qorunmasına cavabdehlik;
- Marka mesajlarının davamlı olmasını təmin etmək;
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
- Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
- Marka mesajlarının effektiv çatdırılması üçün komunikasiya kanallarını idarə etmək.

Tələblər:
- Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
- Araşdırma və ya kommunikasiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Sosial media və digər komunikasiya alətlərininə dair nəzəri və praktiki biliklər.
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, İngilis dili bilikləri. Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir.
- Orta MS Office proqramları biliyi;
- Təzyiq altında işləməyə hazır;
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Özünə əmin və dinamik xarakter;
- Sürücülük vəsiqəsi arzu olunandır.

Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
- Auto Azərbaycan bərabər iş imkanları vəd edir və bütün işçilərə istənilən növ ayrıseçkilikdən uzaq iş şəraiti yaradır. İşə götürülmə ilə bağlı bütün qərarlar namizədin vəzifə öhdəliklərinə uyğunluğu, şəxsi bilik və bacarıqlarına əsaslanır və müraciət edən şəxsin dini, irqi, milli mənsubiyyəti, cinsi və yaşından asılı olmayaraq qəbul edilir.

Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Marketinq Mütəxəssisi" başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-06