Marketinq meneceri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;

Tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- Marketinq meneceri vəzifəsində isə azı minimum 2 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Yüksək səviyyədə komputer bilgiləri;
- Rus və ingilis dillərini sərbəst bilməli;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək əviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

İş şəraiti:
- 5 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
- İş yeri: Nərimanov ray, Xətai pr 40 a

Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Marketinq meneceri” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 2021-10-09