Marketinq mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
700 – 900

İş haqqında

Layihə : Star Express
Vəzifə : Marketinq mütəxəssisi
Əmək haqqı: 700 – 900 Azn
İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri:
- İllik marketinq planının hazırlanması və ona uyğun işlərin qurulması;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin (Websayt, SMM və s.) icrasını təmin etmək;
- PR və reklam mətnlərinin hazırlanması
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirmək
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;

Namizədə Tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-03-28