Marketinq mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Vəzifə öhdəlikləri:
- Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsinə dair müvafiq təkliflər vermək;
- Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq;
- Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
- Marka standartlarının qorunmasına cavabdehlik;
- Marka mesajlarının davamlı olmasını təmin etmək;
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
- Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
- Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək.

Tələblər:
- Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
- Araşdırma və ya kommunikasiya sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək səviyyədə azərbaycan, rus və ingilis dil bilikləri.(Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir);
- Orta MS Office proqramları biliyi;
- Təzyiq altında işləməyə hazır;
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Özünə əmin və dinamik xarakter;
- Sürücülük vəsiqəsi arzuolunandır.

Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı - 800 AZN

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Marketinq mütəxəssisi” qeyd etməklə CV-lərini hr@autoaz.az ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-08-13