Marketinq Reklamları üzrə Aparıcı Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Marketiq, Biznesin təşkili)
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili
- Kompüter bilikləri: MS Office
- Reklam sahəsi üzrə minimum 1-2 il iş təcrübəsi
- Marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (TV, Radio, Çöl reklamları)
- Təşəbbüskar, yenilikçi, punktual və kreativ

Vəzifə öhdəlikləri:
- Çöl reklamları yerləşdirilməsini təmin etmək
- Pos marketingin reklamlarını hazırlamaq və marketlərə uyğun yerləşdirmək
- Ənənəvi mediada reklam yerləşdirməyi bilmək
- Qeyd edilən reklam daşıyıcılarının satınalmasını həyata keçirmək
- Daimi olaraq bazarı araşdırmaq, uyğun yerdəyişmələr etmək
- Bütün yerləşmələr üzrə mütəmadi olaraq monitorinq həyata keçirmək
- Reklam yerləşmələri üzrə aylıq hesabat vermək
- Rəqib şirkətlərin reklam sahəsində olan yerləşmələrini daimi olaraq izləmək
- Əməkdaşlıq etdiyimiz şirkətlərə yerləşmə təklifi vermək
- Müxtəlif kampaniyalar üzrə layihələrin işlənməsi (bütün detalları ilə)
- Radio və TV reklamlarını hazırlamaq və yerləşdirmək

Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Reklamları üzrə Aparıcı Mütəxəssis" yazaraq cv@oba.az ünvanına göndərmələri və ya formu (https://hr.oba.az/vakansiyalar/marketinq-reklamlari-uzre-aparici-mutexessis) doldurmaları xahiş olunur.
Son müraciət tarixi: 2021-10-14