Marketinq şöbəsinə Müdir

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Görəcəyiniz işlər:
- Marketinq üzrə məlumatları tədqiq etmək:
- Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
- Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
- Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
- Hazırlanmış marketinq planına əsasən marketinq fəaliyyətləri ilə əlaqədar tələbləri müəyyən etmək;
- Müvafiq məlumatlar ilə əlaqədar marketinq sahəsində keçmiş fəaliyyətləri araşdırmaq;
- Təklif olunan məhsul və xidmətə uyğun olaraq bazar seqmentinin xüsusiyyətini və bu xususiyyətlərin dəyişmə meyllərini müəyyən etmək;
- Hər bir hədəf seqmentinin mövqeyi və bazar göstəricilərini nəzaratdə saxlamaq
- Mövcud büdcə əsasında marketinq sahəsində fəaliyyətlərdən gözlənilən nəticələri müəyyən etmək. Strateji istiqamətləri müəyyən etmək:
- Verilmiş büdcə və biznes planın məqsədləri, müştərilərin təlabatları, şirkətin bazardakı mövqeyi, onun məqsədləri, imkanları və ehtiyatlarına uyğun olaraq marketinq üzrə istiqamətləri qiymətləndirmək;
- Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
- Satış və gəliri artırmaq, xərcləri optimallaşdırmaq məqsədi ilə onları prioritetləşdirmək.

Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
- Təqdimat bacarıqları
- Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı
- Marketinq plan və büdcə hazırlama bacarığı
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı
- Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli
- Kompyuter bacarıqları: Ofis programlarında proqramlarında peşəkar səviyyədə işləməyi bacarmalı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Təzyiq altında işləmək bacarığı
- İnandırma bacarığı

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi HR@azerpost.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketinq şöbəsinin müdiri” şəklində göstərilməsi xahiş edilir. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Son müraciət tarixi: 2021-07-17