Marketinq şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
500-600

İş haqqında

Namizədə tələblər
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi:müvafiq sahədə( marketinq sahəsində ) azı 1 il
- Marketinq və bazar araşdırmalarını dərindən bilməli
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunandır )
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını bilməli.

Şəxsi keyfiyyətlər
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri
- Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
- Podratçı şirkətlərlə iş (iclaslarda iştirak, müqavilələrin icrası / razılaşdırılması, monitorinq fəaliyyəti)
- Rəqiblərin marketinq fəaliyyətinin monitorinqi
- Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi
- İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması
- Birbaşa rəhbərin və o cümlədən şuranın / komitələrin təlimatlarının yerinə yetirilməsi

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 500-600 azn (müsahibə əsnasında təyin olunacaqdır)

Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Marketinq şöbəsinin mütəxəssisi “qeyd etmələri xahiş olunur
Son müraciət tarixi: 2021-09-05