Marketinq Şöbəsinin Rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- Təhsil: İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil. Biznes və ya marketinq sahəsində MBA arzuolunandır.
- İş təcrübəsi: Müvafiq sahədə ən azı 5+ illik iş təcrübəsinə, xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq.
- Dil bilikləri: Azərbaican Rus və İngilis dili.
- Kompüter bilikləri: MS Office proqramları, marketinq sahəsində proqram təchizatları üzrə biliklər
- Məqsədyönlü, iddialı və nəticəyönümlü olmaq;
- Təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Həm avtonom, həm də komandada işləməyi bacarmaq;
- Komandalar qurmağı və motivasiya etməyi bacarığı.
- Stressə davamlı və irəliyə doğru düşünən qətiyyətli;
- Strategiya, marketinq, brendinq, reklam sahəsində təcrübə.
- Mükəmməl ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- Vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq

Digər:
- Biznesin genişləndirilməsi və layihənin idarə edilməsi üçün yeni ideyaların yaradılması üzrə təcrübə;
- Yeni məhsulun daxili və xarici bazarlara çıxarılması üzrə təcrübə;
- Vəsaitlərin planlaşdırılması, reklam büdcəsinin icrasına nəzarət üzrə təcrübə;
- Yüksək maliyyə göstəricilərinin əldə edilməsinin təmin edilməsi üzrə təcrübə;
- Marketinq tədqiqatları və onların effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;
- Keyfiyyətli müştəri dəstəyi sisteminin inkişafı üzrə təcrübə;
- Marketinq səviyyəsində CRM sistemlərinin və Big Data texnologiyalarının tətbiqi və nəzarəti;
- Vahid iqtisadiyyat standartlarının həyata keçirilməsi və marketinq KPI sisteminin qurulması;
- Onlayn, oflayn və mobil platformaların və digərlərinin inkişafı.
- Medianın planlaşdırılması və media ilə qarşılıqlı əlaqə;
- Reklam kampaniyalarının təşkili;

Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması;
- Biznes, hədəf bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
- Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
- Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;fəaliyyət növünü və istiqamətini tövsiyyə etmək; direktivləri tətbiq etmək.
- Məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək. Təşviqat kampaniyasını istiqamətləndirmək.
- Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək. Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək.
- Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq.
- İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırki və gələcək məhsullara təsir göstəmək.
- Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək.
- Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək.
- İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək.
- İşçilərin planlaşdırılması və təyin olunması ilə marketinq departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək.
- İşə götürmə, seçim etmə, istiqamətləndirmə və təlimatlandırmaqla marketinqdə işçi qüvvəsini təmin etmək.
- Məlumat, təsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək.
iş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Əmək haqqı: Müsahibə əsasında

Müvafiq təcrübə və keyfiyyətlərə malik olan şəxslərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2022.01.29