Marketinq üzrə direktor

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İşəgötürən: “GFC” MMC: “KFC”, “Pizza Hut” və “Simit Sarayı” restoranların şəbəkəsi.

Əsas vəzifə və öhdəliklər:
- Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
- Analitik təhlillərin aparılması,proqnozların verilməsi,strategiyanın yerinə
yetirilməsinin təmin edilməsi;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi;
- Biznesin inkişafı istiqamətində bazar tələblərinin daim təhlil etməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
- Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflərin hazırlanması;
- Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
- ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
- Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi;
- Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.

Namizədə tələblər:
- 30-45 yaş arasında;
- Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi sahəsində təhsil arzu olunandır);
- Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
- 5 ildən çox marketinq sahəsində təcrübə olması;
- Səlis azərbaycan və rus dili bilikləri;
- Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
- MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir,
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Tənqidi düşünmək və problem həll etmə bacarıqları;
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.

İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: Bilik və bacarıq əsasında təyin olunur.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Marketinq üzrə direktor” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-11-03