Marketinq üzrə kiçik mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
- Bazar trendlərini araşdırmaq, bazar tələblərinin müəyyən etmək və təkmilləşdirilməyə dair müvafiq təkliflər vermək;
- Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq;
- Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
- Marka standartlarının qorunmasına cavabdehlik;
- Marka mesajlarının davamlı olmasını təmin etmək;
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
- Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
- Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək.

Tələblər:
- Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
- Marketinq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək səviyyədə azərbaycan, rus və ingilis dil bilikləri.(Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir);
- Orta MS Office proqramları biliyi;
- Təzyiq altında işləməyə hazır;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Özünə əmin və dinamik xarakter;
- Sürücülük vəsiqəsi arzu olunandır.

Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Marketinq üzrə kiçik mütəxəssis” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-31