Marketinq üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət: “Bizim Kəndimiz” MMC
Vakansiya: Marketinq üzrə mütəxəssis
İş yeri: Bakı
İş Qrafiki – 6 günlük (6 cı gün qısaldılmış iş günü)

Vəzifələr:
- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Tizer və banner şəbəkələri ilə iş aparır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

Namizədə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (market sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Uyğun və maraqlanan şəxslər CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis” başlığı altında hr@bizimkendimiz.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-06-19