Marketinq və Biznesin İnkişafı Departamentinin Direktoru

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər
- Ali təhsil
- Yaş həddi: 30-40;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan , ingilis dillərini mükəmməl səviyyədə, rus dilini yaxşı səviyyədə bilməli.
- Marketinq sahəsində min 5 il təcrübə
- Xaricdə iş təcrübəsi üstünlükdür.

İş barədə məlumat
- Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməlidir;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etməlidir;
- Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
- Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalıdır;
- Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
- Marketinq planı və büdcəsini hazırlamalıdır;
- Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilini aparmalıdır;
- Müştəri bazasını genişləndirməlidir;
- Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;
- Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat hazırlanmalıdır;
- Şöbələrin inzibati və funksional layihələrini hazırlamalı və tədbiq edilməsinə nəzarət etməlidir;

Əlavə məlumatlar:
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Marketinq direktoru” sözlərini qeyd edərək hr@airgroup.az e-mail ünvanına göndərsinlər.
Son müraciət tarixi: 2021-07-29